CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşu ölkədə kritik vəziyyət, yeni yoluxmalar 100-ü keçdi

Son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 121 nəfər artıb. Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 39-dur. Xəstəlikdən sağalanların sayı 1071-ə çatıb.
Sputnik

BAKI, 4 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 2507-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 121 nəfər artıb.

Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 39-dur. Xəstəlikdən sağalanların sayı 1071-ə çatıb.

Hazırda Ermənistanda 1393 nəfər virusdan müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,5 milyonu keçib, 247 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.