CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspres avtobuslar tıxacda qalıb - İntervalda gecikmələr yaranıb

 Heydər Əliyev prospektinin (şəhər istiqamətində) köməkçi yolunda - tunelə girişdə tıxac müşahidə olunur.
Sputnik

BAKI, 4 may — Sputnik. Bakının Heydər Əliyev prospektinin (şəhər istiqamətində) köməkçi yolunda - tunelə girişdə tıxac müşahidə olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, bu səbəbdən həmin istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb, onların intervalında gecikmələr yaranıb.