Türkiyədə 61 nəfər COVID-19-dan öldü

Türkiyədə COVID-19-dan bir sutkada 4892 xəstə, ümumilikdə isə 63151 nəfər sağalıb. Ölənlərin sayı üç mini keçib
Sputnik

BAKI, 3 may — Sputnik. Türkiyədə koronavirusa yoluxanların sayında bir sutkada 1670 nəfər artım olub. Sputnik Azərbaycan-ın məlumatına görə, ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, bu, ay ərzində minimal göstəricidir.

“Bu gün 1670 yeni yoluxma faktı aşkarlanıb. Ümumilikdə yoluxanların sayı 126045-ə çatıb. Bu gün 61 xəstəmizi itirdik. Ölənlərin sayı 3397 oldu. Bir sutkada 4892 xəstəmiz, ümumilikdə isə 63151 nəfər sağalıb”, - nazir sosial şəbəkə hesabında məlumat verib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 402 000-i ötüb. Bunların 1 084 606 nəfəri sağalıb, 239 653 nəfəri isə ölüb.