RUSİYA

Bir sutkada on mindən çox yoluxan – şimal qonşumuz “rekord”unu təzələdi

Maraqlı burasındadır ki, yeni koronavirus təsbit olunanların yarısında heç bir əlamət özünü göstərməyib.
Sputnik

BAKI, 3 may — Sputnik. Rusiyada bir sutka ərzində 10633 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, operativ qərargahın məıumatına görə, bu, pandemiya dövrü ərzində rekord artımdır.

Maraqlı burasındadır ki, koronavirus təsbit olunanların yarısında heç bir əlamət özünü göstərməyib.

Ən çox yoluxma Moskva şəhərindədir – 5948 nəfər. Moskva vilayətində 822, Sankt-Peterburqda 295 yeni hal aşkarlanıb.

Rusiyada sutka ərzində COVID-19-dan ölənlərin sayı 58 nəfər olub. 1626 pasiyent sağalıb. Ümumilikdə Rusiyada COVID-19 xəstələrinin sayı 134687 nəfərdir.