MƏDƏNİYYƏT

"Alatoranlıq" davam edəcək?

2008-ci ildə Mayer kitabların davamını buraxmağa cəhd etmişdi. “Gecəyarı günəşi” adlanan kitabda əhvalat saqanın əsas qəhrəmanlarından biri olan Edvard Kallenin adından nəql olunurdu
Sputnik

BAKI, 3 may — Sputnik. “Alatoranlıq” romanlar seriyasının müəllifi Stefani Mayer vampirlər haqda hekəyənin davam edə biləcəyinə eyham vurub.

Sputnik Azərbaycan bildirir ki, yazıçının rəsmi səhifəsində gerisayım taymeri işə düşüb. Vaxt sabah günorta saatlarında bitəcək. Ancaq bunun nə demək olduğu barədə heç bir məlumat verilmir.

“Alatoranlığ”ın pərəstişkarları isə sosial şəbəkədə bildiriblər ki, taymer vampirlər barədə məşhur saqanın davamı olan yeni kitabın anonsu ilə bağlıdır.

2008-ci ildə Mayer kitabların davamını buraxmağa cəhd etmişdi. “Gecəyarı günəşi” adlanan kitabda əhvalat saqanın əsas qəhrəmanlarından biri olan Edvard Kallenin adından nəql olunurdu. Ancaq romanın bir hissəsi sosial şəbəkədə yayıldığından yazıçı qərar aldı ki, onu çap etdirməsin.