Türkiyədə yeni yoluxma və ölüm sayı azalıb

Səhiyyə naziri Fəxrəddin Qoca qeyd edib ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib, onlardan 1983-nün cavabı pozitiv çıxıb
Sputnik

ЧПУ: turkiye-koronavirus-olum-yoluxma

Тайтл: Türkiyədə yeni yoluxma və ölüm halları azalıb

Подводка: Səhiyyə naziri Fəxrəddin Qoca qeyd edib ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib, onlardan 1983-nün cavabı pozitiv çıxıb

BAKI, 2 may — Sputnik. Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 78 nəfər ölüb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib, onlardan 1983-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3336 nəfər ölüb, 124 375 nəfər bu infeksiyaya yoluxub, 58 259 nəfəri isə müalicə olunub. Bu gün 4451 xəstə evə buraxılıb.