SƏHİYYƏ

Bədbin, çox bədbin proqnoz – Pandemiya daha iki il davam edəcək

Minnesota Universitetinin İnfeksiya Xəstəliklərini Araşdırma Mərkəzinin hazırladığı hesabatda pandemiyanın dünya əhalisinin üçdə ikisi virusa qarşı immunitet qazanana qədər davam edəcəyi proqnozu verilib.
Sputnik

BAKI, 2 may — Sputnik. "Koronavirus pandemiyası 2 il davam edəcək". Sputnik AzərbaycanNTV-yə istinadla xəbər verir ki, bu xəbərdarlıq ABŞ alimlərindən gəlib.

Koronavirus rəhm etmir: yenə ölüm xəbəri

Minnesota Universitetinin İnfeksiya Xəstəliklərini Araşdırma Mərkəzinin hazırladığı hesabatda pandemiyanın dünya əhalisinin üçdə ikisi virusa qarşı immunitet qazanana qədər davam edəcəyi proqnozu verilib.

Hesabatda pandemiyanın dalğalar şəklində ən az 2022-ci ilədək davam edəcəyi nəticəsinə gəlinib.

Hesabatda qeyd edilib ki, koronavirusa tutulmanın azaldığı ölkələrdə hökumətlər normallaşma üçün addımlar atmağa başlayıb. Ancaq ictimaiyyətin pandemiyanın bitməyəcəyi ilə bağlı xəbərdarlıq edilməsi lazımdır. Hesabatda cəmiyyətlərin pandemiyanın yeni dalğalarına hazır olmasına diqqət çəkilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Ən çox yoluxma halları ABŞ (1 103 781), İspaniya (215 216) və İtaliyada (207 428) qeydə alınıb.