Avropa turizmi xaosa sürüklənib

Avropa Birliyi isə otellərə, restoranlara və turoperatorlara vəsaitlərdən istifadə edərək "Marshall planı" hazırlamağa səsləyib.
Sputnik

BAKI, 2 may — Sputnik. Bir neçə aydır ki, demək olar ki, bütün dünyanı bürüyən pandemiya səbəbi ilə sərhədlərin bağlanması, uçuşların dayandırılması Avropada turizm sektorunu xaosa sürükləyib. Sputnik Azərbaycan-ın "TheGuradian"a isitnadən xəbərinə görə, artıq rezavrasiyaların ləğv olunması xüsusən də turizmdən asılı vəziyyətdə olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib.

Bu səbəbdən Avropada itkilər də artıq dramatik həddə çatıb. UBS banklar qrupunun məlumatına görə, Avropadakı otellər artıq yarım illik qazanclarını itiriblər. Belə ki, martda İtaliya turizm gəlirlərinin 95, İspaniya isə 77 faizini itirib. 

Turizmçilər karantindən sonraya hazırlaşır: yerli turistləri xaricə getməyə qoymayacaqlar

2008-ci ildə bütün dünyada yaranan böhrandan qurtulmaqda əsas yolun turizmdən keçdiyi bildirilsə də, hazırda bu sahənin çökməsi ölkələri krizisə sürükləyir. Xüsusən də Cənubi Avropada turizm sektorunun milli iqtisadiyyatlar üçün vacibliyi vurğulanıb. Dünya Bankından verilən məlumata görə, bu, Yunanıstanda ÜDM-in 20%, Portuqaliyada 18%, İspaniyada 15%  İtaliyada 13% təşkil edir.

Avropa Birliyi isə otellərə, restoranlara və turoperatorlara vəsaitlərdən istifadə edərək "Marshall planı" hazırlamağa səsləyib. AB rəhbərliyi həmçinin turizmin yenidən başlanması üçün təlimatlarla bağlı vəd verib. Bununla da pandemiya ümidsiz biznes sahiblərinə yeni vədlər vermiş olacaq.

Lakin hökumət rəhbərləri qısa zamanda turizmin bərpa olunmasında ümidli deyillər. Belə ki, Fransanın baş naziri Eduard Filipp isə çox qısa zamanda xarici ölkələrə səfərlərin, eyni zamanda da turistlərin qəbulunun mümkünsüz olduğunu, bunun ağlabatan olmadığını bildirib. Eyni zamanda da Almaniyanın kansleri Angela Merkel də bunun ağlabatan olmadığını bildirib.

Bir çox Avropa ölkələrində ən azı mayın sonunadək vəziyyətin belə qalacağı bildirilir. Almaniyada isə bu ilin iyunun ortalarından tez vəziyyətin düzələcəyi, səfərlərin bərpa olunacağı gözlənilmir. Hətta bir çox ölkələrdə daxili turizmin də məhdudlaşdığı, yaxın günlərdə daxili turizmin fəaliyyəti ilə bağlı da nikbin proqnozların olmadığı qeyd olunur.