CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zubr balası doğulub – FOTO

Artıq zubr balalarının sayı ikiyə çatıb. Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub
Sputnik

BAKI, 2 may — Sputnik. İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib. Artıq zubr balalarının sayı ikiyə çatıb. Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Azərbaycanda zubr balası doğulub – FOTO

O qeyd edib ki,  Şahdağ Milli Parkı ilə İDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması  məqsədilə 2019-cu ilin mayında  Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 14-ə çatıb.