BAKI, 2 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 0,59 dollar artaraq 23,51 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,04 dollar ucuzlaşaraq 26,44 dollar, "Light" markalı neftin qiyməti isə 0,94 dollar artaraq 19,78 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.