SƏHİYYƏ

Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxdu

Hazırkı dövrədək ölkəmizdə 1 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat etmiş, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Sputnik

BAKI, 2 may - Sputnik. Azərbaycan Respublikasında 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 46 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu da "virus süni deyil" deyən çinli alimə rus həmkarından cavab

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat etmiş, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 test aparılıb.