SƏHİYYƏ

Professor ölkədə xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərini şərh edir

Professor, həkim Adil Qeybulla deyir ki, vaksinasiya hesabına dünyanda 4 karantin infeksiyasından biri olan təbii çiçək yoxa çıxıb
Sputnik

“2006-cı ildən ölkəmizdə bir sıra yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılır. Elə bunun nəticəsidir ki, onun tətbiq edilməsi sayəsində bəzi infeksion xəstəliklərin qarşısı alınıb”. Bu fikirləri həftənin yekunları barədə məlumat verən Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, peyvəndlərdən istifadə edilməsi bizim nazirliyin qərarı deyil:

“Bu gün bütün dünya üzrə vaksinasiya işləri aparılır. Nəzərə almaq lazımdır ki, vaksinasiya hesabına dünyada 4 karantin infeksiyasından biri olan “təbii çiçək” yoxa çıxıb. Ona görə də vaksinasiya işləri normal qəbul edilməlidir”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz