SƏHİYYƏ

Uşaqlar belə bir şəraitdə peyvənd olunmalıdırlarmı? - ÜST rəsmisi cavabladı

"Səhiyyənin əsas işi uşaqların sağlam gələcəyidir. Biz onları yoluxucu, öldürücü xəstəliklərdən qorumalıyıq"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. "Valideynlər koronavirusla mübarizə ilə yanaşı, uşaqlara peyvəndlərin vurulmasını da davam etdirməlidirlər. Xüsusən də bir neçə yoluxucu xəstəliyə görə peyvəndlərin edilməsinə xüsusilə diqqət yetirməlidirlər".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisinin rəhbəri Hande Harmancı bu gün jurnalistlər üçün təşkil olunan onlayn mətbuat konfransında deyib.

O, valideynlərin məxmərək və bu kimi digər yoluxucu xəstəliklərə görə peyvəndlərin edilməsinə xüsusi diqqət etmələrinin vacibliyini vurğulayıb: "Səhiyyənin əsas işi uşaqların sağlam gələcəyidir. Biz onları yoluxucu, öldürücü xəstəliklərdən qorumalıyıq. Buna görə də uşaqlar vaxtında peyvənd edilməlidirlər".