CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədən gələn həkimlər bölgələrə yola düşürlər - Bakı mərhələsi yekunlaşdı

Layihənin iştirakçısı, Türkiyədən gələn həkim Cəbrayıl Cəbrayılov bildirib ki, Bakıdakı xəstəxanalarda layihə çox uğurla həyata keçirilib
Sputnik

BAKI, 1 may — Sputnik. "REACT- C19" layihəsinin Bakı mərhələsi yekunlaşır. Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) daxil olan məlumatda bildirilir.

Xəbərdə qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün "REACT-C19" layihəsinə start verilib.

Layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edir. Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir. Layihənin iştirakçısı, Türkiyədən gələn həkim Cəbrayıl Cəbrayılov bildirib ki, Bakıdakı xəstəxanalarda layihə çox uğurla həyata keçirilib.