CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus rəhm etmir: yenə ölüm xəbəri

Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib
Sputnik

BAKI, 1 may — Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.