CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi rayon və şəhərlərə gediş-gəliş bərpa olunur

Əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib
Sputnik

BAKI, 1 may — Sputnik. Azərbaycanda bəzi ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, Operativ Qərargahın yaydığı məlumata əsasən, bu ərazilər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasıdır. 

Qeyd edilir ki, ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna edilir. Sözügedən qərar 4 may 2020-ci il saat 00:00-da qüvvəyə minəcək.