RUSİYA

Rusiya hökumətində daha bir yoluxma

Dünən Rusiya Federasiyasının Baş Naziri Mixail Mişustinin də koronavirusa yoluxduğu məlum olub. O, özünütəcridə getdiyini bildirərək öz vəzifəsinin müvəqqəti icrası üçün müşaviri Andrey Belousovun xidmətlərini təklif edib
Sputnik

BAKI, 1 may — Sputnik. Rusiya hökumətində daha bir nazir koronavirusa yoluxub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Rusiya Tikinti və Mənzil-Kommunal Təsərrüfat naziri Vladimir Yakuşev xəstəxanaya aparılıb. Bu barədə qurumun Telegram kanalında məlumat yayılıb. 

Onun müşaviri Dmitri Volkovda da COVID-19 təsbit olunub.

"Koronavirus diaqnozu kompüter tomoqrafiyası ilə təsdiq olunub", - məlumatda deyilir.

Yakuşev özü isə deyib ki, şəhər xəstəxanalarından birində müalicə alacaq. "Xətdəyəm", - Yakuşev bildirib.

Tikinti nazirinin vəzifələrini müvəqqəti olaraq Nikita Stasişin icra edəcək. 

Xatırladaq ki, dünən Rusiya Federasiyasının Baş Naziri Mixail Mişustinin də koronavirusa yoluxduğu məlum olub. O, özünütəcridə getdiyini bildirərək öz vəzifəsinin müvəqqəti icrası üçün müşaviri Andrey Belousovun xidmətlərini təklif edib. Vladimir Putin bu təkliflə razılaşıb