Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 1 may — Sputnik. "Koronavirusun növbəti dalğası iki və bundan daha artıq ola bilər. İkinci dalğa virus ilk yayılanda xəstələnməyənlərin virusa yoluxa bilməsidir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün jurnalistlər üçün təşkil olunan virtual konfransda deyib.
O, iki və daha çox dalğanın ola biləcəyini istisna etmir: "Yəni müəyyən tədbirlər görüləcək, sonra yumlaşdılacaq. Bu zaman say bir az artacaq. Daha sonra yenə tədbirlər görüləcək və yenidən yumşalma olacaq. Nəticədə, ikinci, üçüncü, dördüncü dalğa da ola bilər".
"Bundan qorxmaq lazım deyil. Kiçik-kiçik dalğaların qarşısı alına bilər", - deyə ÜST rəsmisi əlavə edib.