Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 1 may — Sputnik. "15 ildir ki, Ümumdünya Səhiyyə Təşkilaıtnda çalışıram, bunadək heç vaxt təşkilatımla bu qədər qürur duymamışam. ÜST tərəfindən pandemiyanın qarşısının alınması istiqamətdində qısa müddətdə zəruri addımlar atıldı". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ÜST-ün Bakı ofisinin rəhbəri Hande Harmancı bu gün jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.
H.Harmancı pandemiya ilə bağlı bütün məlumatların paylaşıldığını deyərək onlara yönələn tənqidlərə də münasibət bildirib: "Bu cür təşkilatların tənqid olunması çox normaldır. Buna görə küsmürük. Çünki işimizin əsas mahiyyəti bu cür ölkələr üçün çalışmaqdır. Hər il 194 üzv ölkənin səhiyyə nazirləri Cenevrədə toplaşıb, bütün texniki, maliyyə məsələlərinə baxırlar, işimiz, büdcəmiz yoxlanılır”.
ÜST rəsmisi təşkilatın rəhbərinin dəyişməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Hər zaman direktorlar seçkili üsulla seçilir və işindən azad olunurlar. Yəni, bütün dünyanın seçdiyi direktoru hansısa bir ölkənin vəzifədən azad etməsi mümkünsüzdür”.