CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eks-icra başçısı: "500 nəfərə yardım yazaq, 200-nü götürərik" - VİDEO

Məsələn, keçmiş icra başçısı yanındakı şəxsə (çox güman ki, birinci müavin Xanlar Məmmədovdur) müraciət edərək "500 nəfərə yardım yazaq, azı 200-nü götürək" deyir.
Sputnik

BAKI, 1 may - Sputnik. Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və onun birinci müavini Xanlar Məmmədov həbsinə dair materialları açıqlayıb.

DTX-nın yaydığı videoda bir sıra heyrətamiz, maraqlı məqamları da görmək mümkündür. 

Məsələn, keçmiş icra başçısı yanındakı şəxsə (çox güman ki, birinci müavin Xanlar Məmmədovdur) müraciət edərək "500 nəfərə yardım yazaq, azı 200-nü götürək" deyir. Söhbət koronavirus pandemiyası ilə bağlı ayrılan yardımdan gedir. Sözü deyən isə büyöv bir rayona cavabdeh olan şəxsdir.

Bu və ya digər "gözəl" məqamları DTX-nın yaydlğı videodan seyr etmək mümkündür: