BAKI, 1 may — Sputnik. Ağ Evin yeni mətbuat katibi Keyli Makinani il ərzində birinci brifinqi zamanı jurnalistlərə söz verib ki, onları aldatmayacaq.
“Heç vaxt sizə yalan deməyəcəm”, - söyləyən Makinani söz verib ki, sələflərindən fərqli olaraq brifinqlər keçirəcək.
Sonuncu brifinqi mətbuat katibi Sara Sanders 2019-cu ilin martında keçirmişdi. O zaman ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, mətbuat konfransını təşkil etməyi özü Sandersdən xahiş edib. Buna səbəb isə, Prezidentin sözlərinə görə, KİV-in Sandersə ədalətsiz münasibəti olub. Sandersi əvəzləyən Stefani Qrişem bir dəfə də olsun brifinq keçirməyib. Makinani isə bu vəzifəyə 2020-ci ilin aprelində təyin edilib.