Qardaş Türkiyə daha əvvəlki kimi olmayacaq – Ərdoğana 500 səhifəlik xüsusi hesabat verildi

500 səhifədən ibarət hesabatda səhiyyədən turizmə, təhsildən maliyyəyə qədər bütün sahələrdə tətbiq edilən və ediləcək qaydalar yer alıb.
Sputnik

BAKI, 30 aprel — Sputnik. Türkiyədə 16 nazirlik və Prezidentlik idarəsinə tabe olan qurumlar Ramazan bayramından sonra bu ölkədə pandemiya ilə bağlı dəyişən gündəlik həyatın normallaşması ilə bağlı xüsusi bir hesabat hazırlayaraq Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib. Sputnik Türkiyə xəbər verir ki, 500 səhifədən ibarət hesabatda səhiyyədən turizmə, təhsildən maliyyəyə qədər bütün sahələrdə tətbiq edilən və ediləcək qaydalar yer alıb.

Türkiyədə otellər post-pandemiya dövrünə hazırlaşır

Məlumata əsasən hesabatda pandemiya zamanı və pandemiyadan sonrakı qaydalar bu ifadələrlə qeyd olunub:

- Pandemiya ilə mübarizə aparan personala psixoloji dəstək.

- Vəfat edən xəstə yaxınlarına dəstək.

- İşə davamlılığın izlənilməsi.

- Riskli bölgələrə səyahət edənlər üçün görülməli tədbirləri özündə əks etdirən materialların paylanması.

- Gigiyena qaydalarının cəmiyyətdə vərdiş halına gətirilməsi.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların sayı 117589-a çatıb. Onlardan 3081-i ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu keçib, 211 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.