CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qaz xəttinə çırpılan avtomobil kül oldu - FOTO

Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb. Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün Birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb
Sputnik

BAKI, 30 aprel — Sputnik. Bu gün səhər saatlarında Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri 90-FM-715 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə vurularaq yararsız hala salınıb. Bu barədə "Azeriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb. Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb. Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün Birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb.