CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki maşını olanlar da 190 manatdan pay umur - Nazirlik

19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyən olunub, onlara birdəfəlik ödəmə verilməsindən imtina edilib
Sputnik

BAKI, 30 aprel — Sputnik. "Birdəfəlik ödəmə (190 manat) proqramı işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulub".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir. 

Qeyd edilib ki, bu ödəməni almaq üçün edilmiş müraciətlərin e-sistem tərəfindən emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında onlardan 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyən olunub. Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib. “Birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir. Birdəfəlik ödəmələr ünvanlılıq prinsipi əsasında, aztəminatlılıq meyarlarına uyğun gələn şəxslərə təyin olunur. Hazırda da müraciətlərə baxılması  prosesi davam edir”.