MƏDƏNİYYƏT

"Oskar" qaydaları dəyişir

Film sahibləri kinoakademiyaya təqdim edəcəkləri ekran əsərini onlayn nümayişdən sonrakı 60 gün ərzində xüsusi yaradılmış qorunan saytda yerləşdirməlidirlər ki, kinoakademiyanın üzvləri onları izləyib qiymət verə bilsinlər
Sputnik

BAKI, 30 aprel — Sputnik. "Oskar" mükafatına ilk dəfə olaraq onlayn nümayiş olunan filmlər təqdim olunacaq. Təşkilatçılar məlum pandemiya ilə əlaqədar olaraq qaydaları dəyişmək qərarına gəliblər.

Belə ki, yeni qaydalara görə, 2021-ci ildə kinoteatrda nümayiş olunmayan, amma onlayn şəkidə tamaşaçılara göstərilən filmlər də müsabiqədə iştirak edə bilər. Bu haqda Sputnik radiosu məlumat yayıb. Qeyd olunur ki, bu qaydalar kinoteatrlar açılana qədər qüvvədə olacaq. Film sahibləri kinoakademiyaya təqdim edəcəkləri ekran əsərini onlayn nümayişdən sonrakı 60 gün ərzində xüsusi yaradılmış qorunan saytda yerləşdirməlidirlər ki, kinoakademiyanın üzvləri onları izləyib qiymət verə bilsinlər. Eyni zamanda filmlər bütün seçim qaydalarına uyğun şəkildə olmalıdır.

Qeyd edək ki, "Oskar"ın 93-cü mükafatlandırma mərasimi 2021-ci il 28 fevral tarixinə planlaşdırılıb.