CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözlənilən həbs qərarı verildi

Aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib
Sputnik

BAKI, 30 aprel — Sputnik. Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, məhkəmədə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Quliyevin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlandığı barədə məlumat yayılmışdı.

Aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.