İQTİSADİYYAT

Azərbaycan neftindən ümidverici xəbər: Ciddi bahalaşıb

"Brent" markalı neftin qiyməti 1,69 dollar artaraq 24,23 dollar, "Light" markalı neftin qiyməti isə 2,01 dollar bahalaşaraq 17,07 dollar olub
Sputnik

BAKI, 30 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,28 dollar artaraq 19,31 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 1,69 dollar artaraq 24,23 dollar, "Light" markalı neftin qiyməti isə 2,01 dollar bahalaşaraq 17,07 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.