FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Aprelin ən maraqlı məqamları Sputnik-in obyektivində

Sputnik

Aprel ayını karantində başa vurduq. Bu müddət ərzində kimisi evinə qapandı, kimisi qapana bilmədi. Təbiət də ki öz işində - baharını bacardığı qədər yaşayır.

Ötən ayın fotoxronikasının ən emosional, parlaq və məzmunlu kadrlarını Sputnik Azərbaycan-ın fotolentində təqdim edirik.

1 / 22
Bakıda qadın alt geyimləri mağazasının vitrini. Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə tətbiq edilən karantin məhdudiyyətləri yumşaldılıb.
2 / 22
Soçi sirkində fil duş qəbul edərkən.
3 / 22
Orange Fitness klubunun məşqçiləri Alyona Vasilyeva və Alyona Gulyan Soçidə onlayn təlim keçirlər.
4 / 22
Moskvada Qırmızı Meydanda qız yağan yaz qarının altında gəzişərkən.
5 / 22
"Qələbə raketləri" ("Soyuz-2.1 a" raket daşıyıcıları "Soyuz MC-14" yük gəmisi ilə) Baykonur kosmodromunun meydançasından start götürərək BKS-ə buraxılıb.
6 / 22
Olbani küçələrindən birində ABŞ-da karantinin ləğv edilməsi tələbi ilə keçirilən aksiyanın iştirakçıları.
7 / 22
Moskva şəhərindəki "Lujniki" Stadionunun damında "Evdə qalın" yazısı şəhər əhalisini özünü təcrid rejiminə riayət etməyə çağırır.
8 / 22
Qız Soçidəki "Albalı bağı" xiyabanında mobil telefonla çiçəkləyən ağacların fotoşəklini çəkir.
9 / 22
Rostovun Platov hava limanının terminal kompleksində dezinfeksiya
10 / 22
Maksim Svekla Novosibirsk vilayətinin Bolşoy Oeş kəndində öz evinin qarajında "Katyuşa" döyüş maşınının surətini yaradır. Maksim 20 il əvvəl Böyük Vətən Müharibəsi dövrünün texnikasının tam ölçülü nüsxələrini toplamağa başlayan qaynatası Vyaçeslav Verevoçkinin işini davam etdirir. Ustaların işləri təntənəli tədbirlərdə, muzeylərdə nümayiş etdirilir və müharibə filmlərində çəkilir.
11 / 22
Dalğıc fləşmobunun iştirakçıları Tverdəki mağazadan ərzaq məhsulları alırlar.
12 / 22
Balerina Svetlana Zaxarova Böyük Teatrda "Biz birlikdəyik" xeyriyyə konsertində çıxış edir.
13 / 22
Bakı küçələrinin birində qız
14 / 22
FHN əməkdaşları Moskvada Kiyev stansiyasını dezinfeksiya edirlər.
15 / 22
Moskvada Yandex.Taksi xidmətinin avtomobil dayanacağı
16 / 22
Moskvada Kaluqa meydanında yeraltı piyada keçidinin dezinfeksiyası
17 / 22
Bratislavanın alman-faşist işğalçılarından azad edilməsinin 75-ci ildönümü münasibətilə Poklonnaya dağındakı Qələbə parkında salyut
18 / 22
Çernobıl Atom Stansiyasının qadağan zonasında meşə yanğınının sərhədlərinə çatdığı Raqovka kəndindəki şəxsi evin həyətində pişiyi qucaqlayan qız.
19 / 22
Tibb işçisi koronavirus xəstəliyi hallarını araşdırmaq üçün Karakas sakinlərini ziyarət edir.
20 / 22
Şeremetyevo hava limanında Rusiya aviaşirkətinin təyyarələri
21 / 22
Katmandu ətrafında qoruyucu maska taxmış kişi küçədə velosiped sürərkən.
22 / 22
Antarktidanın Rusiya dənizçiləri tərəfindən kəşfinin 200 illiyi münasibətilə dünya ekspedisiyasına çıxan "Admiral Vladimir” tədqiqat gəmisi Hind okeanında Seyşel adaları yaxınlığında