RUSİYA

Şimal qonşumuzda kritik vəziyyət – 101 ölü, 7099 yeni yoluxma

Rusiyada pandemiya yayılandan 1073 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1 333 nəfər olub.
Sputnik

BAKI, 30 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 85 regionunda 7 min 099 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 101 nəfər ölüb.

Onlarla rusiyalı həkim koronavirusdan ölüb

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 106498-ə çatıb.

Rusiyada pandemiya yayılandan 1073 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1 333 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 11619-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,1 milyonu keçib, 227 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.