RUSİYA

Rusiyada koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

Rusiyada 972 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1836 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 10286-ya çatıb.
Sputnik

BAKI, 29 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 82 regionunda 5 min 841 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 108 nəfər ölüb.

Azərbaycanda ağır koronavirus xəstələrinin hansı üsulla müalicə alacaqları bilindi

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 99399-yə çatıb.

Rusiyada 972 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1836 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 10286-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu keçib, 214 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.