İQTİSADİYYAT

Bu gün üçün fantastik proqnoz gəldi – Neft 60 dollara qayıdacaq

Rusiyalı analitik neft qiymətlərindəki volatilliyi fərqli mal bazarlarında spekulyativ oyunlarla əlaqələndirir.
Sputnik

BAKI, 29 aprel — Sputnik. Bu ilin payızında neft bazarında sabit müsbət dinamika müşahidə ediləcək.

Sputnik Azərbaycan-ın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ticarət və Sənaye Palatasının Enerji Strategiyası və İnkişaf üzrə Komitəsinin üzvü Rüstəm Tankayev deyib.

Onun fikrincə, bu ilin dekabr ayı üçün isə neftin bir barelinin qiyməti stabil göstərici – 60 ABŞ dolları səviyyəsinə çıxacaq.

R.Takayev neft qiymətlərindəki volatilliyi fərqli mal bazarlarında spekulyativ oyunlarla əlaqələndirir.