BAKI, 29 aprel — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 29-na olan statistik göstəriciləri açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 765 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 137 379 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb və 1 nəfər ölüb. Ölkədə ümumilikdə koronavirusa 1 766 yoluxma aşkarlanıb. Onlardan 1 267-si sağalıb, 23-ü ölüb. Hazırda aktiv xəstə sayı 476-dır.
Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.