CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX-nın Biləsuvardakı əməliyyatı ilə bağlı rəsmi açıqlama

M.Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvəl Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib
Sputnik

BAKI, 29 aprel — Sputnik. "Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil".

DTX-dan növbəti əməliyyat: Dövlətin ayırdığı yardımı mənimsəyən vəzifəli şəxs tutuldu

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, M.Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvəl Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, bu gün mətbuatda DTX-nın Biləsuvarda əməliyyat keçirdiyi və Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də daxil olmaqla bir sıra şəxsləri həbs edildiyinə dair məlumat yayılıb. Xəbərə görə, saxlanılanlar arasında Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru Mübariz Mustafayev də var.