Təhsil Nazirliyi növbəti elektron xidmətə start verdi

Digər bölgələr üzrə müddətli müqavilə ilə işləyən müəllimlər isə Nazirliyin rəsmi internet səhifəsinə (www.miq.edu.az) daxil olaraq, onlayn müsahibədə iştirak barədə məlumatla tanış ola bilər".
Sputnik

 

BAKI, 29 aprel — Sputnik. Təhsil Nazirliyi müəllimlər üçün yeni elektron xidmətə start verib. Bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov məlumat verib.

O, qeyd edib ki, Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər, şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibədə iştiraklarıyla bağlı müraciət edə bilər: "Digər bölgələr üzrə müddətli müqavilə ilə işləyən müəllimlər isə nazirliyin rəsmi internet səhifəsinə (www.miq.edu.az) daxil olaraq, onlayn müsahibədə iştirak barədə məlumatla tanış ola bilər".