Sayları 90 minə qədər artacaq

Qeyd edilib ki, həmin işlərdə çalışanların sayı artıq 60 minə yaxındır və bu say 90 minə çatdırılacaq.
Sputnik

BAKI, 29 aprel — Sputnik. Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin 37 mindən 90 minə çatdırılması istiqamətində işlər davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib. Qeyd edilib ki, həmin işlərdə çalışanların sayı artıq 60 minə yaxındır və bu say 90 minə çatdırılacaq.