Türkiyədə daha 95 nəfər öldü

Türkiyədə koronavirusdan indiyədək 2900 nəfər ölüb, 112 261 nəfər bu infeksiyaya yoluxub, 33791 nəfəri isə müalicə olunub
Sputnik

BAKI, 28 aprel – Sputnik. Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 95 nəfər ölüb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 20143  şübhəli koronavirus testindən keçib, onlardan 2131-nin cavabı pozitiv çıxıb.

Türkiyədə koronavirusdan indiyədək 2900 nəfər ölüb, 112 261 nəfər bu infeksiyaya yoluxub, 33791 nəfəri isə müalicə olunub.

Nazir "Twitter" səhifəsində, həmçinin, oruc tutan müsəlmanlara insanların çox toplaşdığı iftar süfrələrindən uzaq durmağı tövsiyə edib.