CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Özünü fərqli bir şəkildə apara bilər". İsti hava koronavirusa təsir edəcəkmi?

Daha çox öyrənilmiş viruslar payızda və yazda aktiv olur. Bəs COVID-19-a səbəb olan koronavirus necə?
Sputnik

BAKI, 28 aprel — Sputnik. Havanın temperaturunun koronavirusa təsir etdiyinə dair birbaşa sübutlar yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand "Rossiyskaya Qazeta" nəşrinə müsahibəsində deyib.

"Koronavirusun 90 dərəcə temperaturda öldüyünə dair araşdırma var idi. Həmçinin belə bir fikir də var idi ki, temperatur və rütubət nə qədər yüksəkdirsə, koronavirus o qədər tez ölür. Quru havada isə o, daha canlıdır. Ancaq bunlar yalnız elmi hipotezlərdir, müzakirələrdir", - Vilfand deyib.

Sinoptik xatırladıb ki, daha çox öyrənilmiş viruslar mövsümlər arası – payızda və yazda daha aktivdirlər. Lakin COVID-19-a səbəb olan koronavirus özünü fərqli bir şəkildə apara bilər.

"Ekvatorda yerləşən Sinqapuru misal gətirək: orada həm günəş işığı, həm istilik var, lakin virus hələ də orada yayılır", - Vilfand qeyd edib.