Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 28 aprel — Sputnik. "Vətəndaşlara sosial izolyasiya qaydalarına əməl etməklə yanaşı, yanğın təhlükəsizliyi qaydalarına da əməl etməyə səsləyirik".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəis müavini, polkovnik-leytenant Ələsgər Əliyev deyib.
Daha bir qadağanı xatırlatdılar - karantində də vacibdir
© Sputnik / Nigar Iskanderova
O bu günlərdə də avtomobilləri park edərkən bəzi nüansları diqqətə almağa səsləyib: "Çünki bu dövrdə yanğın təhlükəsizliyi məsələsi də gündəmə gəlir. Eyni zamanda xahiş edirik ki, avtomobilləri park edərkən yanğınsöndürmə, o cümlədən də təcili tibbi yardım briqadasına məxsus avtomobillərin rahat hərəkəti nəzərə alınsın. Düzgün parklanmanın olmaması hərəkətimizə maneə törədir".