CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa görə WhatsApp-da yeni funksiya işə düşdü

Əvvəllər bu funksiya yalnız test versiyalarında mümkün idi. İndi funksiyanın aktiv olması üçün tətbiqi yeniləmək lazım gələcək
Sputnik

BAKI, 28 aprel — Sputnik. WhatsApp messencerində qrup audio-videozənglərinə qoşula bilənlərin limiti iki dəfə artırılıb.

Sputnik Azərbaycan şirkətin bloquna istinadən bildirir ki, indi videozəngə bir dəfəyə 8 nəfər qoşula bilər.

Əvvəllər bu funksiya yalnız test versiyalarında mümkün idi. İndi funksiyanın aktiv olması üçün tətbiqi yeniləmək lazım gələcək.

İştirakçıların əlavə edilməsi qaydası əvvəlki kimi qalıb: yeni qrup zəngi düyməsinə basıb formatı (audio və ya video) seçmək, sonra isə istədiyiniz istifadəçiləri əlavə etmək lazımdır.

Qrup söhbətlərini genişləndirmək lüzumunu mütəxəssislər koronavirus epidemiyası ilə əlaqələndiriblər.

“Pandemiyaya görə çoxumuz ailəmizdən, dostlarımızdan kənarda qalmışıq. Buna görə dünyanın bütün guşələrində insanlar WhatsApp-da səsli və videosöhbətlərdən yararlanmağa başlayıblar”, - məlumatda qeyd olunur.

ÜST-ün məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib, ölənlərin sayı 200 minə yaxındır.