CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On üç partlayış hadisəsi baş verib

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.
Sputnik

BAKI, 28 aprel — Sputnik. 2020-ci ilin I rübü ərzində respublika ərazisində 13 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 43% azdır. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, partlayışlar zamanı 18 nəfər xəsarət alıb.

Ümumilikdə 2020-ci ilin I rübü ərzində respublika ərazisində 4 040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 000 hadisə və ya 98% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.