CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən 190 manata görə SMS gəlməyənlərə cavab

Nazirlik rəsmisi bildirib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın: "Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək".
Sputnik

 

BAKI, 28 aprel — Sputnik. Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Nazirlik rəsmisi bildirib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın: "Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək. Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb. Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq. Ünvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kimi qeydiyyata alınmış şəxslər arasında həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək".