CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanda koronavirusdan ölənlərin sayı 30-a çatdı

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 59 nəfər artıb. Bundan əlavə, bir sutka ərzində bu ölkədə daha 1 nəfər ölüb.
Sputnik

BAKI, 28 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 1867-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 59 nəfər artıb.

Bundan əlavə, bir sutka ərzində bu ölkədə daha 1 nəfər ölüb. Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 30-dur. Xəstəlikdən sağalanların sayı 848-ə çatıb.

Hazırda Ermənistanda 866 nəfər virusdan müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu keçib, 211 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.