İQTİSADİYYAT

Ölkədə dollara tələb azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sputnik

BAKI, 28 aprel — Sputnik. 28 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat veriblər ki, hərracda tələb 57,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 23 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 59,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.