BAKI, 28 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 2,35 dollar ucuzlaşaraq 16,25 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,69 dollar geriləyərək 19,30 dollar, "Light" markalı neftin qiyməti isə 1,45 dollar ucuzlaşaraq 11,33 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.