ELM

Şagirdlərin yay tətili qısaldılacaq? Nazir aydınlıq gətirdi

"Tədbirlər planında müxtəlif istiqamətlər hazırlanıb. Mövcud vəziyyətə uyğun olaraq buna adekvat addım atılacaq”
Sputnik

BAKI, 27 aprel — Sputnik. Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında şagirdlərin yay tətili müddətinin qısaldılması ilə bağlı sualları cavablandırıb. 

“Son zəng” də onlayn keçirilə bilər...
Sputnik Azərbaycan-ın məlumatına görə, nazir deyib ki, bütün qərarlar mövcud real vəziyyət, yerli kontekst, insanların sağlamlığı, şagirdlərin maraqları nəzərə alınmaqla qəbul ediləcək: "Tədbirlər planında müxtəlif istiqamətlər hazırlanıb. Mövcud vəziyyətə uyğun olaraq buna adekvat addım atılacaq”.

O, həmçinin qeyd edib ki, dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi real vəziyyət göz önünə gətirilərək öz həllini tapacaq. C. Bayramovun sözlərinə görə bu barədə qərarlar qəbul edilərkən bütün ölkələrin təcrübələri nəzərə alınacaq.

Təhsil naziri dərslər bərpa olunduqdan sonra məktəblərdə sanitar qaydalarla bağlı tövsiyələrin ciddi şəkildə nəzərə alınacağını söyləyib. O, bildirib ki, ehtiyac yarandığı təqdirdə həmin siniflərdə şagird sıxlığının aradan qaldırılması üçün xüsusi yanaşma tətbiq ediləcək. Partalararası sıxlıq aradan qaldırılacaq. Lakin nazir hazırda əksər məktəblərdə bunun mümkün olmadığını bildirib. O, deyib ki, bəzi ərazilərdə şagird sıxlığı yüksək olan məktəblər var.