CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda külək güclənəcək, rayonlara dolu yağacaq

Aprelin 28-də Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir
Sputnik

BAKI, 27 aprel — Sputnik. Sabah Azərbaycanda gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Aprelin 28-də Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.