FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ramazan ayının ilk günləri: müqəddəs ay pandemiya şəraitində necə keçir

Sputnik

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradələrinin gücünü, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

Azərbaycanda Ramazan ayı başlayıb

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilib. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”

Orucluq ayında günün işıqlı vaxtı, dan yeri söküləndən günəş batana qədər yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın"(Bəqərə surəsi, 187).

Dünyada yeni tipli koronavirus pandemiyası səbəbindən bir çox ölkələrdə məscidlər bağlanıb və ya məhdud rejimdə işləyir. Karantin rejimində, müfti və imamlar dindarları evdə dua etməyə, iftarlarını isə kütləvi yerlərdə, dostların, qonşu və qohumların əhatəsində deyil, məhdud ailə çərçivəsində açmağa çağırırlar.

1 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
2 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
3 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
4 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
5 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
6 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
7 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
8 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
9 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
10 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
11 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
12 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
13 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
14 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
15 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
16 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
17 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
18 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
19 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində
20 / 20
Ramazan ayının ilk günləri pandemiya şəraitində