ELM

Qəbul imtahanına son iki ayın dərs proqramları salınmayacaq

"Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmuna çox az yer verilir"
Sputnik

BAKI, 27 aprel — Sputnik. "Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər". Sputnik Azərbaycan-ın məlumatına görə,  bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"11-ci sinfin buraxılış imtahanları ənənəvi olaraq aprel ayında keçirilirdi. Ötən il imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəldən açıqlanırdı" – deyə qeyd edib.

Nazir müavini Məhəbbət Vəliyeva isə bildirib ki, imtahanda istifadə olunan proqramlar ümumtəhsil dövlət standartlara uyğun formada olur: "Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmuna çox az yer verilir".