BAKI, 27 aprel — Sputnik. “Rəsmi Moskva bəzi ABŞ KİV-lərinin müttəfiq qoşunlarının İkinci Dünya müharibəsi zamanı Elba çayında görüşünün yubileyi ilə bağlı Rusiya və ABŞ prezidentlərinin birgə bəyanatına verdiyi qiymətlə razı deyil, hesab edir ki, Moskva və Vaşinqton o vaxt olduğu kimi fikir ayrılıqlarının öhdəsindən gələ biləcək və birlikdə real təhdidlərlə mübarizə aparacaq”. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda onlayn mühazirə zamanı bildirib.
"Bəyanat müharibədə iştirak edən, Elba çayında bir-birinin əlini sıxan, cəbhəni lazımı silahlarla təchiz edən şəxslərin xatirəsinə verilib və bütün dünyaya prinsipial siyasi mesaj xarakteri daşıyır. Həmin vaxt SSRİ və Birləşmiş Ştatlar fikir ayrılıqlarının öhdəsindən gələrək ümumi düşmənə qarşı həlledici döyüşdə birləşə bilmişdilər", - deyə Lavrov vurğulayıb.
XİN rəhbəri bildirib ki, sonuncu ifadəyə görə, ABŞ KİV-ləri Trampa, onun administrasiyasına hücum edərək Trampı Putinin əlinə oynamaqda, yenə Rusiya Prezidentinə doğru addım atmaqda ittiham edib: “Normal insanların böyük bir coşqu ilə qarşıladıqları bu dürüst fakt yalnız alqışlanmalıdır. Hesab edirik ki, biz bu gün də fikir ayrılıqlarının öhdəsindən gələ biləcəyik və feyklərlə mübarizə aparmayacağıq, real təhdidlərlə mübarizə aparacağıq".
Qeyd edək ki, Putin və Tramp Elbada sovet və ABŞ qoşunlarının görüşünün 75-ci ildönümü münasibətilə birgə bəyanat yayıb.