RUSİYA

Rusiya taxıl ixracını dayandırdı – Bahalaşma ola bilər

Müvəqqəti olaraq buğda, arpa, çovdar, qarğıdalı ixracatı dayandırılır. Qadağa taxıl məhsullarının qiymətinin stabilləşməsinə kömək edəcək.
Sputnik

BAKI, 26 aprel – Sputnik. Rusiya iyulun 1-nə kimi Avrasiya İqtisadi Birliyi sərhədləri istisna olmaqla, xaricə taxil ixracatını qadağan edib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Ehtiyacı olanlara pulsuz çörək paylayan kiçicik mağaza – VİDEO

Qeyd edilir ki, müvəqqəti olaraq buğda, arpa, çovdar, qarğıdalı ixracatı dayandırılır. Nazirlikdən bildiriblər ki, qadağa taxıl məhsullarının qiymətinin stabilləşməsinə kömək edəcək. Bundan əlavə, ixracatın dayandırılması daxili tələbatı ödəmək məqsədi də daşıyır.

Aprelin əvvəlində Rusiyada ən böyük ərzaq təchizatçıları qiymətlərin kəskin – 5-20 faiz arasında artacağını bildiriblər. Bu sıraya konservləşdirilmiş məhsullar, çay, qəhvə, kakao daxildir. Bu məhsullar əsasən xaricdəm gətirilir və qiymət dollara bağlıdır.

Makaron məhsulları, eləcə də çörək və digər un məhsulları bahalaşacaq. Buna səbəb kimi nəqliyyat şirkətlərinin qiymətləri qaldırmasıdır – martın əvvəlində onlar qiyməti 2 dəfə artırıblar.